Xəstəxanada biabırçılıq: Qəzada qopan ayağını yastıq etdilər - VIDEO

Hindistanda qəribə hadisə baş verib. Belə ki, yol qəzasından sonra ayağı qopan yaralı adama təcili yardım mərkəzində hörmətsizlik edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yaralı Ghasanyamın qopan ayağını başının altında yastıq kimi istifadə ediblər və iki saat gözlədilib. Hadisəylə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra polis araşdırmalara başlayıb.

Məktəb avtobusunda müavinlik edən gənc avtobusun aşması nəticəsində ayağını itirib. Digər sərnişinlər də ağır yaralanıb. Ghasanyamın qohumlarının bildirdiyinə görə, iki saat yarım heç bir həkimin onunla maraqlanmadığını gördükdən sonra məcburən gedib bazardan yastıq almalı olublar.