Xəbər verdiyimiz kimi, qatardan qaçan məhbuslara yardım etməkdə şübahəli bilinən müğənni Fədayə Laçın həbs edilib.
Müğənnin həbsinə xalq artisti, millət vəkili Zeynən Xanlarova da münasibət bildirib. Modern.az saytına müsahibə verən Zeynəb Xanlarovaya bu məslə ilə bağlı sual verilib.
- İndi bəzi müğənnilər kriminal avtoritetlərlə dostluq edir. Bir neçə gün öncə Fədayə Laçın bu məsələ ilə bağlı həbs edildi. Buna münasibətiniz necədir?
- Olanını deyirəm, heç nədən çəkinmirəm. Mən də bir ailənin övladıyam. Özümü heç vaxt yüksəkdə tutmamışam. Ona görə də yüksəlmişəm.
Xəbərim yoxdu, vallah...O qızı deyirsiz həəə?? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf... Nə oldu ona?? O, oxuyanda xoşum gəlir. Özü də deyəsən Zəngilandandır? Yoxsa yox, Laçın yadıma düşdü..