Gənc qadın qəhrəmanı ilə görüşüb
Türkiyənin İzmir şəhərində oteldə baş verən yanğından xilas olmaq istəyərkən binadan düşən qadın türk vətəndaş tərəfindən xilas edilib. 25 yaşlı belarus vətəndaşı İnna Blokna 40 yaşlı 3 uşaq atası Adnan Belgiç tərəfindən ölümdən xilas olub. Gənc qadın qəhrəmanı ilə görüşüb. O, Adnana öz təşəkkürünü və minnnətdarlığını bildirib: "Mən çətin anlar yaşayarkən, insanlar bunu seyr edib telefonlarına çəkiblər. Ancaq Adnan böyük qəhrəmanlıq göstərib. O, yerə yıxılmaq üzrə olarkən əlləri ilə məni xilas etdi. Mən ona həyatımı borcluyam. Bu gündən Adnan mənim qardaşımdır".
Qeyd edək ki, dəhşətli yanğın hadisəsi keçən həftənin çərşənbə günü baş verib. Alovlardan xilas olmağa çalışan gənc qadın yan otağa keçmək istəyərkən aşağı düşmüşdü.