Yolun uzunluğu 2 km olacaq
Bakıda daha bir magistral yol layihəsi reallaşacaq. AzBaku.info xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək. 8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək. Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.