Bir neçə gün əvvəl vəzifədən alındığı bildirilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla bağlı redaksiyamıza daha bir şikayət daxil olub.
Elşad Qarayev adlı vətəndaşın AFN-ə ünvanladığı məktubda bildirilir ki, X.İsgəndərov vaxtilə Binəqədi rayonunda gördürdüyü tikinti işlərinin haqqını ödəməyib: “Tikinti işləri əsasən 9-cu mikrorayon və “Nəsimi” metrostansiyası ətrafında aparılıb. Tikintiyə Xaləddin İsgəndərovun adamları Qaraş və Etibar adlı şəxslər nəzarət edirdi. Onlar həm işin gedişinə cavabdeh idilər, həm də maliyyə məsələlərinə. Bir müddət hamıya vaxtlı-vaxtında pul verildi, amma 2015-ci ilin martından hamının pulunu saxladılar. Bu gün-sabah veriləcək deyə-deyə hələ də verməyiblər. Sıravi fəhlələrlə bərabər firmaların, şirkətlərin də pulu saxlanıb”.
Qeyd edək ki, X.İsgəndərovla bağlı qeyd edilən problem haqda mətbuatda çox yazılıb. Müxtəlif şəxslərin şikayətləri işıqlandırılıb. Lakin icra başçısından heç bir reaksiya olmayıb.
bakunews.az