Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda - Aya Sofyada “Quran”dan sətirlər oxumaqla xristianları qəzəbləndirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The İndependent” nəşri yazır.
Türkiyə lideri müqəddəs yazının ilk sətirlərini oxuyaraq Aya Sofyanı Türkiyəyə miras saxlayanların ruhuna dua oxuyub.
Prezident özü sonradan bu çıxışını “çətin və həyəcanlı” adlandırıb.
Ərdoğan öz nitqini incəsənət festivalının açılışında deyib. Mərasim İstanbulda - Aya Sofyada keçirilib.
Vaxtilə xristian dünyasının ən iri kilsəsi olan Aya Sofya sonradan müsəlman məscidi olub, hazırda isə muzey kimi fəaliyyət göstərir.
Ərdoğanın çıxışı əhalisinin 98 faizi pravoslav olan Yunanıstanı qəzəbləndirib. Rəsmi Afina Ərdoğanın Aya Sofyadakı dini çıxışından narazılığını bildirib.
Qeyd edək ki, Aya Sofya XV əsrin ortalarında Osmanlı türkləri tərəfindən Konstantinopol zəfəri zamanı ələ keçirilib. 1935-ci ilə qədər bura məscid olub. Aya Sofya YUNESKO-nun Dünya İrs siyahısına daxil edilib.