Avtobus atışmanın ortasında qaldı - Ölən və yaralılar var - VİDEO

Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

İstanbulun Bağcılar səmtində avtodayanacaqda atışma baş verib. “Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobillə dayanacağa gəlib və oradakılara atəş açıb. Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə zamanı ərazidən keçən bir sərnişin avtobusu silahlı qrupların arasında qalıb. Onlarla insan təşviş içində yerə çökərək xilas edilməyi gözləyiblər.

Görüntüləri təqdim edirik: