Nəsimi rayon SAKİNLƏRİ VƏ YAŞILIQLARI ÖLÜMƏ tərk edilib – VİDEO
Prezidentin verdiyi sərəncam əsasında pilot lahiyə çərçicəsində MTK-lar əraziləri alır və bunların inşaa etdikləri yeni binaların salınma prossesində isə vətəndaşlar düşünülməmiş şəkildə ölümə tərk edilir. Dəfələrlə media orqanlarında Nəsimi rayon icra hakimiyyətinin dəstəyi ilə vətəndaşlar narazı salınır və bununla yanaşı yaşılığa qarşı soyqırım törədilməkdə olması ilə bağlı məlumatlar yer almışdır. Bütün bunlara baxmayaraq İH başçısı Asif Əsgərovun soyqırımı davam etdirilir. Bu faktlar bu gün Süleyman Rüstəmov Xan Şuşinski küçələrində törədilən yaşılıq qətliamların sayı hesabı artıq bəli deyil. Görüntülərdə qeyd edilən faktdır bunu isə danmaq mümkünsüzdür.
HAŞİƏ: "OLA BİLƏR İH BUNA DON GEYİNDİRMƏK ÜÇÜN REALIĞA SÖYKƏNMƏYƏN AĞIL BULANDIRACAQ FİKİR BİLDİRƏR, BU ONLARIN DAİMİ APARDIĞI SİYASƏTLƏRİDİR! PREZİDENTİN SƏRƏNCAMLARINDAN DAİM ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ EDƏN MƏMUR ORDUSU ONUN VERDİYİ QƏRARLARIN ÖZ CİBLƏRİNƏ XEYRİ OLACAQ TƏRZDƏ İCRA ETMƏKDƏDİRLƏR...!"
Nəsimi icra başçısı isə özündən başqa güc qüvvə tanımadığını hər addımında vətəndaşlarla münasibətində büruzə verir – deyə sakinlər qeyd etməkdədir. Sakinləri narazı salan əsas məsələlərdən biri isə Yeni salınacaq yaşayış binalarının ərazisini böyüdülməsi məqsədi ilə piyada səkiləri zəbt edilərək insanların avtomobil yollarından istifadə etməsi məcburiyyətinə buraxılır. Heç bir aidiyyatı qurum MTK-lara verilmiş öhdəliklərin nəzarət edən qurum tapa bilmir. Beləki dinc əhalinin həm istirahətini həm də yaşılığına qənim kəsilənlər, səkilərin kənarlarında əkilmiş ağacların məhv edilməsinə tərədüd etmir. Ulu öndrin hakimiyyətə gəlişindən sonra Bakıda yaşılıqların artması isə real faktordur ki, bunuda inkar etmək qeyri mümkün olan bir prossesdir.
Heydər Əliyevin Prezidentliyi dönəmində paytaxt yaşılıqlara tamamilə qərq edilərək insanların istirahət etməsi normal oksigeninin təmin edilməsi uğurla yerinə yetirilmişdi. Bu gün isə Nəsimi rayon icra başçısı Asif Əsgərovu Ulu öndərin gördüyü işləri cəmiyyətin gözü qarşısında məhv edilməsinə göz yuması sakinləri çox narahat etməkdədir. Asif Əsgərovusəkilərində mtk-lara satdığı və bu ağacların kəsilməsi üçündə yüksək “rüşvət” aldığı qeyd edilir. Səkilər və orada olan yaşılıqlar məhv edilməsi məqsədli şəkildə həyata keçirilməkdədir. BakuNews.az-a vətəndaşlar tərəfindən göndərilən video görüntülərdəndə bütün səkilərin zəbt edilərək ağacların kəsilməsinin şahidi olmaq mümkündür.