Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.
Oxu.Az-ın məlumatına görə, səsvermə saat 19.00-da yekunlaşıb.
Artıq səslərin sayılmasına başlanılıb.
17:30
Azərbaycanda keçirilən prezident seçkilərində saat 17:00-dək olan seçici fəallığı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 17:00-a qədər 3 milyon 716 min 135 nəfər səs verib.
O bildirib ki, seçkidə 69.93 faiz seçici iştirak edib.
15:41
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 15:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan saat 15:00-dək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3 milyon 227 min 817 nəfəri (ümumi seçicilərin 60.74%-i) səsvermədə iştirak edib.
12:59
Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib.
Onun sözlərinə görə, bu, seçicilərin 39.39 faizi deməkdir.
10:39
Azərbaycanda keçirilən prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 10:00-a qədər 994196 nəfər səs verib.
Onun sözlərinə görə, seçkidə 18,71 faiz seçici öz iradəsini ifadə edib.
08:00
Bu gün Azərbaycanda növbəti prezident seçkiləri keçirilir.
Oxu.Az-ın xəbərinə görə, artıq saat 8:00-dan etibarən ölkənin bütün seçki məntəqələrində səsvermə prosesinə start verilib.
Səsvermə prosesi axşam saat 19:00-a kimi davam edəcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.
MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.