Dünyanın ən böyük məscidi İstanbulda tikilib – VİDEO

Dünyanın ən böyük məscidinin tikintisi yekunlaşmaq üzrədir.

Oxu.Az xəbər verir ki, Türkiyədə – İstanbulda inşa edilən Çamlıca məscidi dünyanın ən böyük məscidi olacaq.

Məscidin təməli 6 avqust 2013-cü ildə atılıb. 125 min kvadratmetr sahəni əhatə edəcək.

Eyni vaxtda 50 min insanın ibadət edə biləcəyi məscid 2018-ci ilin Ramazan ayında xalqın ixtiyarına veriləcək.