Hər kəsin bildiyi kimi 11 aprel 2018-ci il tarixində ölkədə Prezident seçkilərinin keçirilməsi üçün hər bir vətənpərvər şəxs bu seçkinin qüsursuz olmasına çalışmışdır.
Azbaku.info saytının əməkdaşlarının manitorinq keçirdiyi bəzi məntəqələrdə müşahidə aparılmışdır. Bu günümüz və gələcəyimiz naminə əhalinin yüksək səs vermə hüququndan istifadə etmələri üçün əhaliyə hər cür şəraiti yaradılmışdır. Nərimanov rayonunda 258 saylı tam orta məktəbin inzibati binasında təşkil edilən 20 saylı dairənin 7-ci məntəqəsində aparılan səs vermənin yüksək səviyyədə təşkili həyata keçirilib. Məktəb direktoru Sədaqət Hüseynovanın sədrliyi ilə aparılan səs vermə yüksək səviyyətə təşkil edilməsi ilə yanaşı xarici və daxili şəxslərə o cümlədən təşkilat nümayəndələrinə müşahidə üçün münbit şərait yaradılmasını təmin etmişdir. Səs vermə nəticələrinin müəyyən edilməsində müşahidəçilərin də iştirakı təmin edilmişdir. Saytımızın seçki ərəfəsində heç bir qanun pozuntularına yol verilmədiyi və bu halın baş verməməsi üçün S.Hüseynovanın yüksək diqqəti tərəfimizdən müşahidə edilmiş hallardır. Məntəqə sədrinin idarəsində olan nəzarətçilərinə verdiyi təlimatlar və apardığı təbliğat nəticəsində şəffav seçkinin keçirilməsi təmin edilmiş heç bir insident baş vermədən səs vermə başa çatmışdır.