Deputat Astan Şahverdiyev vəfat edib - YENİLƏNİB

AzBaku.info APA-ya istinadən xəbər verir ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişib.

Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.

Minval.info xatırladır ki, deputat bir müddət öncə qalmaqallı açıqlaması ilə gündəmə gəlmişdi. O, Rusiyada olan azərbaycanlıları “atxot” adlandırmışdı.

A.Şahverdiyevin bu açıqlaması insanların sərt reaksiyasına tuş gəldi. Əvvəlcə üzr istəməyəcəyini deyən deputat, məsələ böyüdükdən sonra fikrindən daşındı. O, işlətdiyi ifadəyə görə hamıdan üzr istədi.