Elizabet yaşayış məntəqəsinə yaxın yerdə yaşayan Afrika sakini bir neçə gün bundan əvvəl etiraz əlaməti olaraq övladını damdan atıb. Bu üsulla ata doğmaları ilə birgə yaşadığı yoxsulların məskunlaşdığı məntəqənin dağıdılmasına etiraz edib.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanının işçisi altıaylıq qızı tutmağı bacarıb.
Hal-hazırda ata öz əməlinə görə məhkəmənin qərarını gözləyir. Məhkəmə atanı öz övladının həyatına qəsd etməkdə ittiham edəcək.
Şahidlər hadisəni videoya çəkməyi bacarıblar. Orada görünür ki, etirazın bəzi şahidləri kişini “At”, “At onu aşağı” deyərək təhrik edirlər.
Qeyd edək ki, etirazdan dərhal sonra yaşayış yeri sökülüb, sakinlər isə başqa yerə köçürülüblər.