Məhşur polis rəisi vəfat etdi

Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, iki dəfə məhbus həyatı yaşamış Natiq Əfəndiyev vəfat edib. Bu barədə Xural.com-a daxil olan məlumatda bildirilir ki, Natiq Əfəndiyev Gəncə şəhərində dünyasını dəyişib.

N.Əfəndiyev ilk dəfə 2000-ci ilin yanvar ayında həbs olunub. O, 1994-cü ildə baş vermiş dövlət çevrilişində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib.

Sabiq polis rəisi Avropa Şurasının tanıdığı ilk siyasi məhbuslardandır. 2005-ci ilin mart ayında əfv fərmanı ilə azadlığa çıxan N.Əfəndiyev bir neçə aydan sonra yenidən həbs olunmuşdu. 2005-ci ildə həbs olunan zaman dövlət çevrilişinə cəhd ittihamı verilsə də, sonradan onun ittihamı başqa bir maddə – qanunsuz silah saxlama ilə əvəzlənmişdi.

O, ikinci həbsi zamanı da siyasi məhbus kimi tanınmışdı. N.Əfəndiyev 5 il həbs həbs cəzası çəkdikdən sonra, 2010-cu ildə azadlığa çıxmışdı. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Natiq Əfəndiyevin şikayətinə əsasən, Avropa Konvensiyanın "ədalətli məhkəmə araşdırması hüququ”nun pozulduğu qənaətinə gələrək, 4,500 avro həcmində kompensasiya ödənməsi barədə qərar çıxarmışdı.

N.Əfəndiyev bir müddət ölkə xaricində də yaşayıb. Allah rəhmət eləsin!