Ekipaj üzvləri toqquşmanı hiss etməyib
İnternetdə ABŞ-ın “USS Hartford” sualtı qayığının Arktikada qalın buz təqəbəsini dələrək, səthə çıxmasını əks etdirən görüntü yayılıb.
Avtosfer.az xəbər verir ki, sınaq təkcə bayırdan deyil, eyni zamanda sualtı gəminin içindən lentə alınıb. Kadrlarda sualtı qayığın sükan məntəqəsinə toplaşmış ekipaj üzvlərini görmək olur.
Buz təbəqəsinin kifayət qədər qalın olmasına baxmayaraq, ekipaj üzvləri toqquşmanı demək olar ki, hiss etmir.
Əməliyyatın “Ice Exercise” (Buz təlimi) adlı hərbi təlimlər çərçivəsində həyata keçirildiyi bildirilir.