Cənub bölgəsində 3 qəzada 10 nəfər dünyasın dəyişib – Hikmət Qafarov DYP inspektorına 1500 manat aylıq ödəniş yığmaqdadır…

İllərdir Respublikanın bir çox sahələrində ölkə rəhbəri İlham Əliyevin tapşırıqlarını onun etimad göstərdiyi nazirlər öhdəliklərini layiqincə icra etməyə çalışırlar. Ehtimad göstərilən nazirliklərdən əsas ölkə daxilində məsuliyyət daşıyan xalqla hər an təmasda olan Daxili İşlər Nazirliyidir. Dİ naziri Ramil Usubov cənablarının sərəncamları əsasında bölgələrə təyin edilən şəxslər vəzifəsinin icrası zamanı ona göstərilən etimad qarşısında məsuliyyətli olmalı və nazirin verdiyi bütün tapşırıqlara şərtsiz əməl etmək məcburiyyətindədirlər. Amma nazirin bu qədər humanistliyi qarşısında təyin etdiyi şəxslərində onun etimadını doğrultması üçün yüksək səy göstərməsi əvəzinə təyin edildikləri qurumda özlərinə məxsus sistem qurmaları o cümlədən bölgələrdə hegemonluq sərgiləməkləri bir mənalı qarşılanmamaqdadır. Dəfələrlə DİN əməkdaşlarının qanunsuz əməllərindən nazirə qarşı etdikləri xəyanətləri media səhifələrində boy-boy sərgilənmiş və hər işıqlandırılan materyalar əsasında nazir həmin özbaşınalığın səbəbkarların cəzalandırmışdır. Göründüyü qədər indi isə növbə cənub bölgəsinin hegemon prinsipləri ilə “burda mənəm, Bağdadda kor xəlifə” misalına uyğun gələn Cəlilabad rayonundakı Göytəpə Post rəisi cənab Hikmət Qafarovun çirkin əməllərinə və xidməti vəzifəsindən sui istifadə halarına görə yola salınma ərəfəsindədir.


Qeyd edək ki, Cəlilabad rayonundakı Göytəpə Post Patrul Xidməti Respublika Dövlət Yol Polisi İdarəsinin ən “xodavoy” və perstijli “toçka”larından biri yox, bəlkə də birincisidir. Belə ki, Göytəpə postunda özbaşınalıqlarla bağlı Bakunews.az-a daxil olan narazılıqlar bitmək bilmir. Bu şikayətlərdə bildirilir ki, adıçəkilən postda “MƏHARƏT DƏRƏCƏSİ ilə ucalıb, “USTAD” adı alanlar elə Post rəisi cənab Hikmət Qafarovun pul kisəsinə çevriliblər. Beləki, 30-a yaxın işçisi olan postun əməkdaşlarının yarıdan çoxu həmin dərəcədən yararlanırlar. Qeyd edək ki, alınan məvacibdən ələvə 70 manat pul alan bu şəxslər Qafarovun gəlir yeri də hesab edilir. Amma əslində həmin pulu ala bilən polis nəfərləri ali xidmətlərinə və fədakarlıq göstərdiklərinə görə həmin pulu ala bilər. Göytəpə postunda isə nə ali xidmətdən nədəki, fədakar xidmətlərdən danışmağa dəyər. Xidmətdə nümunə olan işçilər var ki, onlarda ya işdən çıxarılıb ya da ki, dəfələrlə töhmət verilib. Həmçinin qeyd etmək gərəklidir ki, bir neçə müddət əvvəl məhz Göytəpə postunda turustin qanunsuz olaraq cərimələnməsi və ondan rüşvət tələb edilməsi barədə məlumatlar səslənməkdə idi. Həmin məlumatın dəqiqləşərək həm nazirlikdə həm də İran səfirliyində rəsmi ərizə olaraq qeydə alınmışdır. Amma qeydə alınan ərizə təsüflər olsun ki, bu günə qədər barəsində hansı qərarın verilməsi ilə bağlı rəsmi heç bir məlumat dərc edilməmişdir. Ərizə verən şəxs İran vətəndaşı olub. Ölkə rəhbəri İlham Əliyevin Nazirlərlə birgə çecirdiyi iclaslarında o cümlədən getdiyi bütün dövlət tədbirlərində qeyri neft sektorunun və turizmin inkişafına verdiyi dəstəyin bu yolda bütün məmurlarında səy göstərməsini dəfələrlə qeyd etmişdir. Qeyd etdiyi bütün nüansların əksini edənlər isə yetərli sayda sayılacaq dərəcədə bu günümüzdə mövcud olaraq qalmaqdadır. Həmin şəxslərdən biri isə DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarovdur. Onun tağımının turistlərə kobud rəftarı isə məhz H.Qafarovun idarəçilik prinsiplərinin bəhrəsidir.

Azərbaycana istirahətə gələn iran vətəndaşı Astaradan daxil olaraq Göytəpə postunu keçərək paytaxta gəlmək istəyib. Bu zaman post əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz təzyiqlərə məruz qalıb (Həmin iranlı vətəndaşın kimliyi artıq redaksiyamıza bəlidir. Amma bəzi səbələrdən dolayı adının hələlik çəkilməsini istəməyib. Hadisə mart ayında bayram zamanı baş verib). Təzyiq və qanunsuz əməllərlə bağlı iran vətəndaşı DİN və İran səfirliyinə rəsmi müraciəti olub. Bu postda nələr baş verir nələr. İllərdir Göytəpə postundan keçən şəxslərin narazılıqları səngimək bilmir. Böyük yük avtomobillərinin o başa bu başa gediş-gəliş zamanı haqq ödəmə məcburiyyətində olduqlarını bilirdinizmi…? Məsələ bununlada yekunlaşmamaqdadır. Etibarlı mənbələrdən Bakunews.az-a verilən məlumata görə, post rəisi Hikmət Qafarovun taleyi dumanlı hava kimi görünməkdədir. Beləki, rəis paytaxtdan gedən yoxlama ilə üz-üzə qalıb. Yoxlama heyətinə sözünü keçirə bilməyən Qafarov deyilənə görə, içki aludəçisinə çevrilib artıq. Onun ayıq olduğu günü görmədiklərin deyən sakinlər hər zaman hansısa restaranda qonaqları ilə kef məclisləri quraraq gününü-gün etdiyi bildirilib. Həmçinin qeyd edək ki, yol terroruna qurban gedənlərin sayı cənub bölgəsi üzrə record həddə çattıb. Buna səbəb isə DYP əməkdaşlarının öz fəaliyyətini icra etməməkdə məcburiyyətlərinin olmasıdır ki, bunuda redkasiyamıza məlumat verən mənbə belə qeyd edib. Göytəpə postunun rəisi Hikmət qafarov postun tabeliyində olan bütün xidməti avtomobillərə aylıq hesab qoyaraq ay sonunda 1500 manat hər maşından alacağını bildirmişdir. Buna görədə Post əməkdaşları öz fəaliyyəti ilə deyil planı ödəmək uğrunda dəridən qabıqdan çıxmaqdadırlar. Hikmət Qafarovun işində tapılmaması və əməkdaşları ay sonunda planlarının ödənilməsi əmrin verərək bütün gününü restoranlarda keçirməkdədir. Belə olan halda əməkdaş dövlət quluğunda deyil rüşvət quluğunda olmaq məcburiyyətində qalır. Normal düşündükdə sizdə görəcəksiniz ki, rəisə ay sonu çatdırmalı olduğu 1500 manatı toplamaq üçün bu polis nəfərləri gələni gedəni şrələmək məcburiyyətində buraxılır və bunu etmədikləri təqdirdə isə işlərindən ola biləcəklərini çox gözəl bilməkdədirlər.

Hikmət Qafarovun son tarixdə əməkdaşlrına haqq qoyması onların fəaliyyətsizlik nümayiş etdirməklərinə səbəb olmuşdur ki, buda cənub bölgəsində qəzaların artmasına səbəb olub. Polis diqqəti olmadığından əsas yollarda sürət həddi ilə yanaşı nişanın tələbin pozanlarında olması labüdür. Fəaliyyətlərini məhz H.Qafarovun tapşırığına görə icra edə bilməyən DYP əməkdaşları nə edəcəklərini bilmirlər. Həmçinin qeyd edək ki, H.Qafarovun övladıda məhz sakit olmayan məmur övıladları siyahısında özünə yer tapa bilib. Cənub bölgəsi Göytəpə postunun ərazisində 3 yol qəzası baş verib 10 ölüü, hansı fəaliyyətdən burda söz gedə bilər. Haqqsız yerə sürücülərə cərimə yazan post əməkdaşları irəlidə ola biləcək qəzaları belə göz ardı etməkdədirlər. İçkili şəxsin pulu olduğu üçün postdan keçmək 2x2-dir.