Xanım sürücü reyd zamanı qalmaqal yaratdı - VIDEO

83 sürücü saxlanılanılıb, barələrində protokollar tərtib edilib


Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi reydlər keçirilir. Avtosfer.az-ın məlumatına görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçiriblər.

Reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, 83 sürücü saxlanılanılıb, barələrində protokollar tərtib edilib.

Reyd zamanı qanuna tabe olmayan xanəm sürücülər də olub. Sürücülər qaydaları pozduğu halda polisin qanuni tələblərinə tabe olmaq istəməyiblər.

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.