Kamran Babazadənin xatirəsinə həsr olunmuş “19-cu Bahar“ adlı kitabın və klipin təqdimatı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Kamran Babazadənin həyatından bəhs edən 19-cu bahar kitabının və Kamran Həsrətlinin klipinin təqdimat mərasimi keçirilib. Bmm.az xəbər verir ki, təqdimatda Kamranın təhsil aldığı BDU-nun Müəllim və tələbə heyyəti və bir çox ictimai xadim o cümlədən QHT Rəhbərləri və jurnalistlər iştirak etmişdir.Tədbiri Kamran Babazadənin anası, kitab və klipin ideya müəllifi jurnalist Mailə xanım açmışdır. Daha sonra tədbiri şairə jurnalist Günay xanım davam etmişdir. İlk söz, Kamrana dərs demiş BDU-nun Astrofizika kafedrasının dosenti Əliyeva Təranə xanıma verildi.
Dünya və Avropa çempionu Karate-do klubunun Prezidenti Tebriz Bəyalıyev klubun açılışından danışaraq klubun rəsmi sənədlərini Mailə xanıma təqdim etmişdir. Daha sonra orta məktəbdə Kamrana dərs demiş dil və ədəbiyyat müəllimi Bahadur müəllim , Bəstəkar Sevinc Tofiqqızı, klipin rejissoru Zamiq Quliyev və kitabın həmmüəlliflərindən olan şair – publisist İsa Rəvan Kamran Babazadənin incəsənətə, ədəbiyyata olan marağından bəhs edib, xatirəsini əbədiləşdirmək üçün ərsəyə gələn klip və kitabdan danışıblar. Sonda Kamran Babazadənin anası Mailə xanım gələn qonaqlara öz dərin teşəkkürünü bildirdi.
Babazadə Kamran Alim oğlu 1997 ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə 49 saylı İntelekt liseyində 1-ci sinifə qədəm qoymuşdur. 2014-cü ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olmuşdur. Universitetin 1-ci kursunu yüksək səviyyədə bitirərək 2-ci kursa keçmişdir. 2-ci kursda təhsil alarkən 2015-ci il 23 sentyabr avtomobil qəzasında həyatını itirmişdir.