Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə vətəndaş cəmiyyətinin nümayəndələri Qubaya səfər edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, QHT nümayəndələri öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Quba Memorial Soyqırımı Kompleksini ziyarət edən qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanları haqqında məlumat verilib.
Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı