Yük maşınları ilə intiharın qarşısını aldılar – VİDEO

BŞ-da Miçiqan ştatının sakini həyatına son qoymaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, o, Detroit avtomagistralı üzərindəki körpüyə qalxaraq, özünü yolun hərəkət hissəsinə atmağa cəhd edib.

Şahidlər vaxtında polisə xəbər verib və hadisə yerinə gələn asayış keşikçiləri təxirəsalınmaz tədbirlər görüb.

Polis əməkdaşları yolu bağlayıb və intiharın qarşısını almaq üçün tır sürücülərini köməyə çağırıb.Vətəndaşın özünü atacağı təqdirdə həlak olmaması üçün, 13 sürücü bir araya gələrək yük maşınlarını körpünün altına sürüb.

İntihara cəhd edən kişi ilə dörd saata yaxın danışıqlar aparılıb. Sonda o, özünü körpüdən atmaq fikrindən danışıb.