Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Cəbrayılov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyhun Qəribovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.