Dəfələrlə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı məlumatlar vermişdik. Bakunews.az-a verilən məlumata görə, 9 saylı tam orta məktəbdə bədbəxt hadisə baş verib. Hadisənin baş verməsi mənbə tərəfindən bu cür xarakterizə edilib. Məlumatda qeyd edilir ki, 9 saylı tam orta məktəbin mərtəbələr arasında qəzalı olan pilləkənlərin dəmir tutacaqların təmiri üçün məktəbə usta çağırıb. Məktəbə rəhbərlik edən Həqiqət xanım Rafiq Hüseynov Hüseyn oğlunu əmək müqaviləsi bağlamadan təmir etməsi tapşırığın verib. Müqavilə olmadan işlədilən usta məktəbin 2-ci mərtəbəsindən düşərək ayağı sınıb. Təcili tramotologiyaya çatırılaraq ilkin yardım göstərilib.
Mənbənin Bakunews.az-a verdiyi məlumata görə, hadisənin baş verməsindən sonra Rafiq Hüseynovun Həqiqət Abdullayevadan prokurorluğa şikayət etdiyi bildirilir.
Həm də Rafiq Hüseynovun həmin 9 saylı tam ortaməktəbin şagirdinin valideyni olduğuda məlumatda qeyd edilməkdədir.
Yazıda adı çəkilən şəxs və ya qurumların mövqeyin dinləməyə hazırıq.
***
Redaksiyamıza baş vermiş hadisə ilə bağlı telefon açan H.Abdullayevanın sözcüsü S.M. (adının açıqlanmasın istəmir) qeyd edib ki, Bakunews.az-a verilən məlumat yanlışdır. O hadisənin baş vermədən qabaq nələrin baş verməsi ilə bağlı danışıb. Qeyd edib ki, hadisədən əvvəl H.Abdullayeva təmir işi aparılmasına görə, müəllimlərdən yığdığı 600 manat pulu Rafiq Hüseynova vermiş amma təmir işləri aparılmamışdı. Daha sonra direktor əvəzi H.Abdullayeva polisə müraciət etmiş bundan sonra R.Hü2seynov təmir işlərinə başlamışdır.
P.S. 9 saylı tam orta məktəbin sözcüsü rolunu oynayan şəxsində bildirdiyindən məlum olub ki, H.Abdullayeva qanunsuz olaraq məktəbin təmiri üçün pul yığmaqdadır. Və bu qanunla qadağan edilməsinə hətta baxmayaraq pul yığılması halının baş verdiyi məlum olub. Təhsil ocaqlarına cari təmir üçün ayrılmış pullar görəsən hara kimlərin mənfəti üçün xərclənib. Hər il təmir üçün ayrılan vəsaitin kimlər tərəfindən yeyildiyi barədən gələn yazımızda məluatlar dərc edəcəyik. .
Bakunews.az