Gənc aktrisanın dərin dekoltesi qalmaqal yaradıb.
Minval.info xəbər verir ki, 20 yaşlı aktrisa Ariel Vinter sevgilisi Levi Madenlə birlikdə görünüb. Restorandan çıxan cütlük səmimi görünsə də, aktrisanın geyimi onların sevgisini kölgədə qoyub. Dərin dekolteli, qısa ətəyi ilə diqqət çəkən Arielin paltarın altından büstqalter geyinmədiyi də görünür.
Aktrisa ötən həftəsonu ABŞ-ın Kaliforniya ştatında keçirilən “Coachella” festivalında geyindiyi cəsur paltarı ilə də gündəm olmuşdu.
Geyimi ilə tez-tez gündəmə gələn Ariel “US Weekly” jurnalına verdiyi müsahibədə “İnsanların canımı istədiyimi geyindiyim üçün mənə bu qədər nifrət etmələrinin səbəbini anlamıram” deyə, çaşqınlığını bildirib.