Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısının açılmasını təmin ediblər.
Mənzilə baxış zamanı, 1950-ci il təvəllüdlü Çeşmə Əbilovanın cəsədi və yataq xəstəsi olan 1 nəfər vətəndaş aşkar olunub.
Köməksiz vəziyyətdə qalmış vətəndaşa müvafiq köməklik göstərilib, Ç. Əbilovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.