Şəkidə "Qazel" aşdı-VİDEO

Hadisə nəticəsində iki nəfər xəsarət alıb

Şəkidə "Qazel" aşdı-VİDEOAvtoxəbər27 Aprel 2018 22:1627 dəfə oxunubŞəkidə "Qazel" aşdı-VİDEOHadisə nəticəsində iki nəfər xəsarət alıb
Şəki-Qax yolunun 24-cü kilometrliyində Şəkinin Biləcik kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Şəkinin Kiş kənd sakini sürücü Aqil Abdullayevin idarə etdiyi 90-JL-318 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və Böyük Dəhnə kənd sakini Qaya Mikayılov xəsarət alıblar. Hadisə yerinə Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının iki maşını cəlb edilib. Yaralılar dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyəti ağır, sərnişinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.