Bakıda “Formula 2” pilotlarının yarışı başa çatıb - YENİLƏNİB + FOTO

Bakıda FIA Formula 2 sinfində ikinci yarış baş çatıb.

Oxu.Az xəbər verir ki, 45 dəqiqə davam edən yarışda qalib “Art Grand Prix”-in pilotu Corc Rassel olub.

“Carlin”in pilotu Serxio Sette Kamara finiş xəttini ikinci, “Prema Powerteam”ın sürücüsü Nik de Vris isə üçüncü keçib.

Bakıda “Formula 2” pilotlarının yarışı başa çatıb - YENİLƏNİB + FOTO

13:46

Bakıda FIA “Formula 2” sinfində ikinci yarış başlayıb.

Oxu.Az-ın məlumatına görə, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 45 dəqiqə ərzində 21 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.

Bu gün Qran-prinin qalibi məlum olacaq.