Oğru kor-peşiman avtomobili tərk edərək gedir
Sosial şəbəkələrdə yayılmış sosial yönümlü bir video marağa səbəb olub. Belə ki, qadın sürücü avtomobili park etdikdən sonra ötürücünü (skorus) xüsusi qıfıl ilə bağlayır. Avtomobilin qapısını da bağladıqdan sonra gedir. Maşını oğurlamaq üçün puskuda dayanan oğru avtomobilə yaxınlaşır. Asanlıqla qapını açır, açarın altındakı konrakları sökərək avtomobili işə salır. Lakin əlini ötürücüyə atmaq istəyəndə onu yerindən tərpədə bilmir. Kor-peşiman avtomobili tərk edərək gedir. Avtosfer.az bu maraqlı görüntüləri təqddim edir: