Azərbaycanda toy günü DƏHŞƏT: Bəy faciəvi şəkildə öldü, 3 yas çadırı quruldu - FOTO

Milli.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı biri bəy digərləri isə onun qohumları olmaqla 3 nəfər ölüb.

Ölənlərin adları məlum olub: Bəy Yalçın Məstəliyev, qohumları isə Qoşqar Əhmədov, Əvəz Süleymanovdur.

---------
15:51

Bu gün İmişli rayonunda dəhşətli qəza baş verib

İCRA.AZ bildirir ki, bu barədə "Qafqazinfo"ya hadisənin şahidləri məlumat veriblər. Məlumata görə, rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada bir nəfər ölüb. Ölən şəxsin bu gün toyu olacaqmış. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya uğradığı bildirilir.

Qeyd edək ki, qəzaya uğrayan maşın "Mercedes" olub. Maşının nömrə yerinə "Biz evlənirik" yazıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür.