Xəbər verdiyimiz kimi, Rusiyada gənc ana iki uşağını öldürüb, meyitlərini yandırıb.
Nijne Novqorod şəhərində 27 yaşlı Yelena Kərimova adlı qadın 4 yaşlı qızı Xədicə ilə 2 yaşlı oğlu Süleymanı dəhşətli şəkildə qətlə yetirib.
Gənc "ana" övladlarını icarəyə götürdüyü maşının arxa oturacağında boğub, sonra isə izi itirmək üçün onları yandırmağa qərar verib. Yanacaq alan qadın meşəyə gedib. Burada meyitləri yandırmaq üçün ocaq qalayıb. Lakin onu kiminsə görə biləcəyindən ehtiyat etdiyi üçün yenidən uşaqları maşına qoyaraq evə gətirib. Bir gün sonra atılmış tikililərdən birinə gəlib və oranı meyitlərlə birlikdə yandırıb.
Məhkəmə qərarı ilə qadın haqqında iki ay müddətində həbs qətiimkan tədbiri seçilib.