Cənubi Koreyada yanacaq daşıyan avtomobil qəzaya uğrayıb, 4 nəfər ölüb

Cənubi Koreyada yanacaq daşıyan yük avtomobili qəzaya uğrayıb.

AzBaku.info “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Çxanvon şəhərinin yaxınlığında baş verib.

Qarşısına çıxan digər avtomobillə toqquşan benzin daşıyan avtomobil alışıb. Hadisə nəticəsində 4 nəfərin öldüyü təsdiqlənib. Onlardan biri də azyaşlı olub. Daha bir nəfər yaralanıb.

İlkin ehtimala görə, qəzaya səbəb yanacaq daşıyan yük avtomobilinin əyləc sistemində yaranmış nasazlıq olub.