"İstanbullu gəlin" serialında Fikrət obrazını canlandıran aktyor Salih Bademci və xanımı, aktrisa İmer Özgün dərgilərdən birinə müsahibə verib.
AzBaku.info axşam.az-a istinadən bildirir ki, cütlük ilk dəfə şəxsi həyatı haqda geniş açıqlama verib.
"İstanbullu gəlin"də Fikrətin sevgilisini oynayan İmer ekran işində də olduğu kimi Salihə ilk görüşdə aşiq olmayıb.
O, Bademci ilə nə vaxtsa ailə quracağını ağlına belə gətirmədiyini söyləyib:
"Salihlə eyni universitetdə oxumuşuq. O, məndən bir kurs yuxarıda idi. Bəzən tamaşalarda bir araya gəlirdik və dostlaşmışdıq. Hətta hər ikimiin də sevgilisi var idi və tez-tez sevgililərimiz də daxil olmaqla birlikdə vaxt keçirirdik. Arada qrup yoldaşları bizimlə zarafat edirdi ki, bzi bir-birimizə daha çox yaraşırıq və axır-əvvəl evlənəcəyik. Amma bunu sadəcə zarafat kimi qəbul edirdik. Zarafat isə gerçək oldu".
Aktyor isə xanımına ilk sevgisini necə etiraf etdiyindən danışıb:
"Mənə dostlarım deyirdi ki, sən bu qızı sevirsən, amma bildirmirsən. Mənsə etiraz edirdim. Amma İmer harada idisə, mən də orada idim. Bir gün tamaşalardan birində nəsə oldu sanki. İlk dəfə ona qarşı nəsə hiss etdiyimi onda başa düşdüm. 2014-cü il idi. Hər ikimiz də sevgililərimizdən ayrılmışdıq. İmerə: "Gəl, 14 fevralı birlikdə keçirək", - dedim. O da razılaşdı. Beləcə hekayəmiz başladı".