Prezident Administrasiyasında yeni sektor yaradıldı

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

AzBaku.info AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.
Prezident Administrasiyasında yeni sektor yaradıldı