Toyda ağlagəlməz hadisə: Gəlin gülü atdı və...

Çində keçirilən bir toy mərasimində baş verən hadisə uzun müddət unudulmayacaq.
“Ölkə.Az” xəbər verir ki, “Youku” video portalına yüklənən videoya artıq milyonlarla insan baxıb. Yeni evlənən cütlük ən xoşbəxt günlərində başlarına gələn bu hadisədən sonra nə baş verdiyini anlamayıblar.

Bəylə gəlin nikah üçün imza atdıqdan sonra qonaqların qarşısına keçən gəlin əlindəki gül dəstəsini havaya atıb. Gül dəstəsi salonun tavanına toxunub və tavandakı bəzəklər qonaqların başına tökülüb.