Sumqayıtda zorlanan qız valideynlərinin qurbanıdır — POLİSDƏN AÇIQLAMA

Sumqayıt şəhərində 15 yaşlı qız zorlanıb.


AzBaku.info Xeberle.com a isdinaden xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov "ölkə.az”a açıqlamasında qızın ailəsinin problemlərindən danışıb:

"Zorlandığı iddia olunan qızla bağlı məhkəmə tibbi-ekspertizası təyin edilib. Ailə münaqişəli ailədir. Ata ilə ana boşanıb. Qız həm atası ilə, həm də anası ilə qalır, valideyinləri ayrı yaşayırlar. Valideyinlər aralarındakı münaqişənin qisasını övladlarından alırlar, iddia olunan zorlanma faktını da bir-birinin üstünə atırlar. Cinayət işi başlanmayıb, araşdırma aparılır. Ekspertizanın rəyindən sonra qızın zorlanması dəqiq məlum olacaq. Saxlanılan şəxs yoxdur”