XƏBƏRLƏRİlham Əliyev və ailə üzvləri ağac əkdi

AzBaku.info Publika.az-a istinadən xəbər verir ki,
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan
yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər
Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak
ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan
yaşıllıqlar barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri ərazidə ağac əkdilər.

Dövlətimizin başçısı və birinci xanım ağacəkmə kampaniyasının
iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.