AzBaku.info xəbər verir ki, Xeberdar. net saytına “Evimiz Market”-in işçisi İbrahimov Abbas Akif oğlu videomüsahibə verib. Müsahibədə A.İbrahimov şirkətin anbarında iş yoldaşı tərəfindən ölümcül döyüldüyünü, sonradan şirkət rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu,əsassız olaraq işdən çıxması üçün təzyiqlər edildiyini iddia edib.
O, iddia edir ki,10 may 2017-ci il tarixdə adı çəkilən şirkətin anbarında şirkətin yeni işlə təmin olunmuş başqa bir işçisi, Kamalov Müşfiq Oktay oğlu tərəfindən baş nahiyyəsindən hansısa ailətlə vurub. Bundan iki gün sonra o gözünü “Sity Hospital”da açıb. Vəziyyəti ağır olduğu üçün bir neçə gün nə baş verdiyini belə anlaya bilməyib. Qapalı kəllə-beyin travması alıb. Beyni silkələnib.Sağ üst çənə sümüyü qırıldığı üçün ömürlük mil qoyulub.Sol alın nahiyəsində dərin yara açılıb.Gözlərindən çoxlu qan gəlib.Dişləri qırılıb. Çox ağır vəziyyətdə 26-gün özəl xəstəxanada müalicə alıb.
<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/Y9BBe_HQ51s" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" />
A.İbrahimov qeyd edir ki, şirkət cinayəti gizlətməyə çalışmış, hadisə baş verən zaman polisə və təcilli tibbi yardıma zəng edilməmiş, özəl avtomobillə özəl klinikaya aparılmış.Adətən hansısa xəsarət alan şəxsin hər hansı tibb ocağına müraciəti zamanı bundan polis orqanları məlumatlandırılır. Bu dəfə isə nə hadisənin şahidləri,nə şirkət rəhbərliyi, nədə də klinikanın həkimləri hadisə ilə bağlı polisi məlumatlandırmayıblar.Hətta klinikada aldığı xəsarətlərin belə yüngül yazılmsına cəhd edilib. Klinikadan çıxan zaman isə soy adının səf yazıldığının şahidi olub. Təkidindən sonra bu səf düzəldilib.
Vətəndaş qeyd edir ki,hadisə şirkətin təhlükəsizlik kameralarına düşsə də,video görüntülər gizlədili, istintaq təqdim edilməyib.
Onun şikayəti əsasında 29 dekabr 2017-ci il tarixdə Xətai rayon polisini Kamilov Müşfiq Oktay oğlu CM-nin 127.2.3 –cü və 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması üçün işi prokurorluğa göndərib. 24 yanvar 2018-ci il tarixdə isə onun haqqında axtarış elan olunmuş və cinayət işi dayandırılmışdır. Maraqlıdır ki, istintaq başladılandan sonra Kamilov Müşfiq müəmmalı şəkildə ölkəni tərk edə bilib. Onun interpolun axtarışına verilməsi bildirilsə də, sərbəst şəkildə Rusiya və Türkiyə sərhədlərini maneəsiz keçməsi ilə bağlı məlumatlar var.
A.İbrahimov hesab edir ki,hadisəni törədən keçmiş prokuror oğlu olduğu üçün həm müxtəlif qurumlar, həm də şirkət rəhbərliyi tərəfindən müdafiə olunur.Şirkət ondan şikayətini geri götürməyi tələb edir. Bu səbəbdən o, iş yerinə buraxılmır.İşdən çıxarıldığı bildirilsə də, əmrinin sürəti ona verilmir. Kadırlar şöbəsinin müdiri onu dilə tutaraq ərizə yazdırmağa çalışır. Ərzəni yazdırmaqda məqsəd güya ki,Abbas İbrahimovun öz ərizəsi ilə işdən çıxdığını göstərməklə məsuliyyəti şirkətin üzərindən atmaqdır.
Bundan başqa Abbas İbrahimov müsahibəsində iddia edir ki, şirkətin rəhbərliyi dəyişib və Murad Muradaov gətirilib. Yeni rəhbərlik isə orada işləyən nehrəmlilərə qarşı xüsusi bir aqressiya göstərir.Hətta Babaək rayon Nehrəm kəndindən olan bir neçə işçini də işdən uzaqlaşdırmış, onların əvəzinə başqa bölgədən olan şəxsləri işə götürmüşdür.Növbəti qurban isə odur. Abbas İbrahimova bildirilib ki, “nehrəmlilər çörək qədri bilən deyillər,ona görə də onlara iş verilməyəcək”
Məsələ ilə bağlı şirkətin drektoru Murad Muradaovla telefon vasitəsilə əlaqə saxladıq. O,şirkətin daxili nizam-intizamına görə, telefonda açıqlama verə bilməyəcəyini, yazılı sorğu verməyimizi istədi və bizə elektron poçt ünvanını göndərdi. Xeberdar.net saytının elektron poçtundan rəsmi blankında Murad Muradovun ünvanına sorğu göndərdik. Bir gün sonra isə Murad Muradov kağızda, möhürlənmiş formada sorğunu göndərməyimizin lazım olduğunu bizə bildirdi.Murad Muradaovun vaxtı uzatmaq məqsədinin olduğunu hesab edərək məlumatı yayımlayır və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Qeyd edək ki, Kamilov Müşfiqin İnterpola verildiyi ilə bağlı məlumatlar olsa da, axtarış zamanı interpolun axtarışında olanların siyahısında Kamilov Müşfiq Oktay oğluna rast gəlmədik.
P.S. Ümid edirik ki,hüquq mühafizə orqanları və aidiyyatı digər qurumlar baş vermiş hadisəyə müdaxilə edəcək,hüquqi müstəvidə məslə öz həllini tapacaq və Abbas İbrahimovun pozulmuş hüquqları bərpa olunacaq.