3 uşaq anası özünü yandıraraq intihar etdi - Azərbaycanda daha bir dəhşətli hadisə

Tovuz rayonunda üç uşaq anası özünü yandırıb.


AzBaku.info report-a istinadən xəbər verir ki, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib.

İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub.

Fakt üzrə araşdırmalar davam etdirilir.