Sabirabad sakini 2 nəfər həmyerlisini bıçaqla qətlə yetirib.
Səhər saat 11.00 radələrində 42 yaşlı Firqət Əliyev sinif yoldaşını və qohumunu bıçaqla qətlə yetirib. Əvvəlcə Saatlının Sarıcalar kəndində yerləşən dəmir yol stansiyasına gələrək orada mühafzəçi işləyən Sabirabad sakini, 42 yaşlı Kamran Yaqubovu , daha sonra isə Sabirabadda, pambıq emalı zavodunda mühafizəçi işləyən, 46 yaşlı Teymur Sadıqovu evlərinin qarşısında bıçaqlayaraq qətlə yetirib.
Qətli törətdikdən sonra Firqət Əliyev özü Sabirabad polisinə gedərək təslim olub. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Öldürülən şəxslər və qətli törədən şəxs qonşu olublar, onların qohumluq əlaqələri də var. Hadisənin hələlik hansı səbəbdən törədildiyi istintaq tərəfindən aydınlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: