258 saylı tam orta məktəbin 3a Sağlam Təhsil sinfində aşağıdakı mövzular tədris olunduqdan sonra ekskursiya təşkil olunub.
1. Azərbaycan dili fənni üzrə : "İçərişəhər - Qədim memarlıq abidəmiz", "Şirvanşahlar sarayı" , "Qız qalası" mövzuları üzrə
2. Həyat bilgisi fənni üzrə : "Milli- mədəni dəyərlərimiz" mövzusunda layihə
"İçərişəhər" mövzusu ətrafında
3. Təsviri incəsənət fənni üzrə : "Memarlıq inciləri" , "Tikililərin obrazı" , "Küçələrimizin bəzəyi" mövzularında
Bu mövzular sinifdə tədris olunduqdan sonra ekskursiya təşkil olunub.
Ekskursiyada şagirdlər bələdçi tərəfində abidələrin tarixi və memarlıq üslubları barədə yetərli məlumatlandırılıblar.Bu onların dərsdə keçdiklərinin təkmilləşdirilməsinə fürsət verib.Bütün şagirdlər gəzintidən razı qalıb.
Çətin və şərəfli peşənizin öhdəsindən layiqicə gelib, şagirdlərinizin təhsilində və təlim-tərbiyəsində böyük əməyinizə görə sizə valideynlər adından xüsusi təşəkkürümüzü bildiririk.
sinif müəllimi-Şəhla Cəfərova