ABŞ-da bir liseydə işləyən 36 yaşlı qadın müəllim 3 şagirdi ilə cinsi əlaqəyə girdiyi iddiasıyla həbs olunub.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Havayda 36 yaşlı qadın müəllim Tiffany Eikler 1 şagirdini dərsdən sonra otağına çağırıb, cinsi əlaqədə olduğunu etiraf edib.
Müəllim digər bir şagirdi ilə də həmin gün maşınının arxa oturacaqlarında intim münasibətdə olduğunu bildirib. Eiklerin 3-üncü şagirdi ilə isə evinin ikinci mərtəbəsində görüşdüyü məlum olub.
Həbs olunan müəllimin əməli təsdiqlənərsə, 19 il azadlıqdan məhrum edilə bilər.