Vaqif Abdullayevin müavini Binəqədi rayon icra başçısı postuna gəlir?

Beyləqan Rayon İcra Hakimiyyətindən Bakunews.az-a daxil olan məlumata görə, Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu Bakının Binəqədi rayonuna icra başçısı təyin olunması gözlənilən idi. Amma Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu barəsində ki mənfi xarakterizə edilən fəaliyyəti onun bu posta gəlməsinə suni maniələr yaratdığı deyilir.

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur xəyalları suya düşmüş oldu.
Bu barədə BakuNews.az-a möhtəbər mənbədən daxil olan məlumat görə, Beyləan rayon İcra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyeva Aytən Hidayət qızı Binəqədi rayon icra başçısı olması üçün V.Abdullayev tərəfindən dəstəklənməkdədir. Hətta bəzi mənbələr artıq A.Mirzəyeva artıq bir neçə müddətdir ki, Beyləqan rayonunda görünməməkdədir. Məsələnin isə daha ilginc yanı xanım müavin artıq Binəqədir rayon icra hakimiyyəti postunda olduğu qeyd edilməkdədir ki, bunun isə nə qədər həqiqəti əks etdirdiyi rəsmi qurumlar tərəfindən elan edilməmişdir.