Beyləqan Maliyyə şöbəsinin müdiri İslam Allahverdiyev vəzifə sərgüzəştləri
Əvvəlcə qeyd edək ki, Beyləqan maliyyə idarəsinin hazırkı müdiri İslam Allahverdiyev uzun illərdir ki, Prezidentin mərhum əmisi Aqil Əliyevin himayəsi ilə 25 ildir Beyləqanda üç dəfə bank müdiri, indiki vəzifəsinə gələnədək isə Xocavənd rayon Maliyyə idarəsinin müdiri vəzifəsində işləyib.
Məlumatlı mənbənin verdiyi məlumata görə, İslam Abdullayev Beyləqan Maliyyə idarəsinin sabiq müdiri Oqday Hacıyev rayon əhalisinə hələ də məlum olmayan səbəbə görə, işdən azad olunduqdan sonra, həmin vəzifəni daha yüksək qiymətə satmaq fikirinə düşmüş icra başçısının istəmədiyi halda, Xocavənd Maliyə şöbəsindən Beyləqan Maliyyə idarəsinə müdir vəzifəsinə gəlib.
Buna görə də həm icra başçısı, həm də İslam Allahverdiyev bir-birindən, xüsusən, İslam Abdullayev Beyləqanın icra başçısı Vaqif Abdullayevdən hədsiz dərəcədə narazıdır və onun haqqında hakimiyyətin yuxarı orqanlarına kifayət qədər samballı faktlar ötürür. Hazırda icra başçısı maliyyə idarəsinin müdirinin "sələm biznesi"ndən yaxşı qazanc əldə etdiyini önə çəkərək İslam Allahverdiyevin “payının” çox hissəsini kəsir.
Samir Şərifovun işçisi icra başçısı ilə işləməyin dəhşətli əzab olduğunu, Ədalət Nəbiyevin isə onu aldatdığını deyir. Beyləqan Millətinsəsi.infoya daxil olan məlumada bildirilir ki, rayon maliyyə idarəsinin müdiri İslam Allahverdiyev hər yerdə icra başçısı Vaqif Abdullayevdən ciddi narazılıq edir. Buna əsil səbəbi isə idarə müdirinin çox xırda qazanclara möhtac qalmasıdır. İslam Allahverdiyevin yaxın adamlarının verdiyi məlumatda qeyd edilir ki, icra başçısı Vaqif Abdullayev idarə müdirinə “göz verib işıq vermir”.
Belə ki, Beyləqandan verilən məlumata görə İslam Allahverdiyevin rayonun ən varlı şəxslərindən biri olmasından və sələm biznesindən yaxşı qazanc əldə etməsindən xəbərdar olan icra başçısı idarə müdirini daim təzyiq altında saxlayır. Məlumata görə, rayon büdcə təşkilatlarına ayrılan vəsaitlərdən İslam Allahverdiyevə çatası olan faizləri icra başçısı özü götürür. İcra başçısının bu hərəkəti isə İslam Allahverdiyevi bərk narahat edir. Hətta idarə müdiri tez-tez yaxın qohumlarının yanında Beyləqan maliyyəsinə müdir gəlməkdə böyük səhv etdiyini, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin onu aldatdığını və icra başçısı Vaqif Abdullayevlə birlikdə işləməyin çox çətin, əzablı olduğunu dilə gətirir.
Qeyd edək ki, İslam Allahverdiyev uzun müddət “KapitalBank”ın Beyləqan filialının müdiri vəzifəsində işləyib. Yol verdiyi ciddi nöqsanlara görə bankdan qovulub. Lakin o, Prezidebtin əmisi oğlu İlqar Əliyevin dəstəyi ilə Xocavənd rayon maliyyə idarəsinin müdiri vəzifəsinə təyinat alıb. Adı çəkilən rayonda işlədiyi dövrdə sələm biznesini daha da genişləndirib və demək olar ki, Xocavənd və Beyləqan rayonlarındakı məmurların əksəriyyətinə faizlə sələm verməklə yaxşı qazanc əldə edir.
Saytımıza daxil olan məlumatda vurğulanır ki, İslam Allahverdiyev Xocavənd maliyyə idarəsinin müdiri vəzifəsində işlədiyi vaxt bəzi qalmaqalları ilə tanınıb. Bu qalmaqallardan biri isə məşhur “çəlik” məsələsidir. Həmin vaxt onu hüquq mühafizə orqanlarının əlindən xilas edən isə rayonun baş həkimi Nurəngiz Bəşirovanın olduğu deyilir. İslam Allahverdiyevin məşhur “çəlik” qalmaqalı ilə bağlı növbəti yazımızda oxucularımızı daha geniş məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. (mənbə: Millətinsəsi)
Növbəti yazıda yazıda:
- İ.Allahverdiyevin ona zəng edən xanım jurnalistlərə paytaxtın hansı məkanında görüş verməkdədir?
- Milyonları hansı yollarla haralarda xərclənməkdədir...?