Redaksiyamıza dövlət hesabına tikilən evləri başqalarına satmış “Amal 2015” MMC ilə bağlı yeni şikayət daxil olub. Bu dəfə şikayət edən sakin Ağsu rayon,Qarağaclı kənd sakini, Qarabağ qazisi Qədirov Yadigardaır. O hüquqlarının tapdalandığını bildirir. Qeyd edir ki, uzun illərdir Qarabağ kimi ev növbəsinə dayanır. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir Səlim Müslümov ona “Amal 2015” MMC-nin dövlət hesabına, Xətai rayonunda əlillər üçün tikdiyi evdən mənzil verəcəyini vəd etsə də illər keçib, tikilən binada evlər pul müqabilində başqalarına satılıb. Lakin Y.Qədirov hələ də uçuq daxmada, ailəsi ilə çox acınacaqlı vəziyyətdə yaşayır.
“Şikayətim evlə bağlıdır. Qarabağ veteranıyam. Ağsu rayon İcra hakiminə və müavinlərinə müraciət etmişəm. Dəfələrlə Səlim Müslümovun Qəbuluna getmişəm,məni qəbul etməyib. 2017-ci ildə gəlib Ağsu rayonunda gözəl restarandan birində onu görmüşəm və ona yaxınlaşmışam. Əlimdə olan şəkilləri ona göstərmişəm.Həmin şəkillər necə açınacaqlı şəraitdə yaşadığımızı göstərirdi.Vəziyyətimin ağır olduğunu bildirmişəm. Demişəm ki, bəs mənim evim yoxdur,Qarabağ vtetranıyam. O isə sənədlərimi alaraq mənə deyib ki, get arxayın ol. “Amal 2015”MMC Xətai rayonunda əlillər üçün ev tiki. Bina hazır olan kimi sənə 3 otaqlı mənzil veriləcək.”-deyə Y. Qadirov müxbirimizə bildirib.
Y.Qadirov əlavə olaraq bildirib ki, bu müddət ərzində məsələ ilə bağlı heç bir xəbər ala bilməyib.Hətta onunla bərabər Səlim Müslümov Qarabağ veteranı olan onun qonşusuna da 4 otaqlı ev söz veribmiş. Bu yaxınlarda isə Bakıya şəhərinə gəlib və məsələ ilə maraqlanıb.Eşittikləri isə onu şoka salıb:
“ Xəbər tutdum ki, bizə söz verdikləri mənzilləri pul müqabilində başqa adamlara satıblar. Mən buradan kömək üçün ölkə prezidenti İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Bizi bu cür məmurların əlindən qurtarsınlar. Axı, bizim də övladlarımız var.Haqqımıza giriblər, Dövlət hesabına tikilən o mənzillər bizim üçün-qazilər,şəhid ailələri, əlillər üçün tikilib. Xahiş edirəm ki, bizim üçün tikilən evlərin özümüzə qaytarılmasına kömək etsinlər”- deyə Y.Qadirov redaksiyamız vasitəsi ilə ölkə başçısına müraciət edib.
Bir neçə gün əvvəl dövlət hesabına əlillər üçün tikilən evlərin Səlim Müslümov tərəfindən necə mənimsənilməsi ilə bağlı cianews.info-ya daxil olan ilginc məlumatı dərc etmişdik. Məlumatda 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binasının tikildiyini, tikintini tenderdə formal olaraq keçmiş nazirin örtaqlığı olan “Amal 2015”MMC-nin uduğunu, həmin şirkəti keçmiş nazirin yaxın qohumlarının və dostlarının yönəltiyi, əslində isə şirkətin qeyri-rəsmi sahibinin də elə Səlim Müslümov olduğu bildirilirdi.
Artıq saytımızın əldə etdiyi məlumatlar bir daha “Amal 2015”MMC-nin Səlim Müslümova aid olduğunu və əlillər üçün tikilən evlərin də elə keçmiş nazir tərəfindən satılaraq mənimsənildiyini sübut edir. Məlumatda qeyd edilir ki, Səlim Müslümov dövlət tərəfindən ona verilmiş evdən çıxarılır. Bu səbəbdən “Amal 2015”MMC tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) əlillər üçün tikilən 2 ədəd 1 girişli 15 mərtəbəli (əslində isə bina 4 bloklu olduğu real faktlardan birisidir) yaşayış binasında xüsusi olaraq keçmiş nazirin yaşaması üçün mənzillər ayrılıb. Hazırda orada super təmir gedir və yaxın vaxtlarda Səlim Müslümovun ora köçəcəyi bildirilir.