Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.
Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən "Hostel”də qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq "Hell” enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ də dindirilməsi mümkün olmayıb.
Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.