Bu yolda yenə “protiv” gedənlər var - VİDEO

“Niva” sürücüsü 4 bal 100 manat məbləğində cərimə oluna bilər
Bakının Binə qəsəbəsinin Əli İsazadə küçəsində yol hərəkəti qaydalarını pozaraq kütləvi şəkildə əks istiqamətdə hərəkət edən sürücülərin görüntüləri bir müddət öncə Avtosfer.az saytında yayılmışdı. Görüntülərə baxış keçirən Xəzər rayon DYP Şöbəsinin əməkdaşları qeyd olunan ərazidə reydlər keçirərək qayda pozan sürücüləri məsuliyyətə cəlb edirdilər. Lakin buna baxmayaraq yenə də həmin ərazidə qayda pozmaqda olan sürücülər var. Mayın 29-da Əli İsazadə küçəsində 10-LS-654 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edib.

Sürücü törətdiyi xətaya görə 4 bal 100 manat məbləğində cərimə oluna bilər.