Komandanın çıxışından razı qaldım.
Oxu.Az-ın məlumatına görə, bu gün Latviya millisi ilə yoldaşlıq oyunu keçirən və qələbə qazanan Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı affa.az-a açıqlama verib:
“10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun. Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım.
Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçularda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq.
Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasında da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm.
UEFA Millətlər Liqasında çətin olacaq. İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir”.