"Kids Studio" uşaq bağçasında verilən məlumatda uşaqlara qarşı kobudluğun edilmədiyi və bunun sadəcə silkələmədən başqa bir şey olmadığı qeyd edilib. Amma “görünən dağa bələdçi gərək deyil” misalı hər kəsin bildiyi bir məsəldir. Baxça rəhbərliyi yayılan video görüntüləri ört basdır etmək üçün məntiqsiz bir açıqlama ilə çıxış etmiş və iki görününün əksini subut edəcək dəlilər təqdim etməmişdir. "Kids Studio" uşaqlara qarşı edilən vəhşiliyin qarşısını almaq üçün hərəkətə keçmək əvəzinə yayılmış videonu təhlil etməyə və uşaqlara kinayə püskürən tərbiyəçi kimi fəaliyyət föstərən F.Tağıyevanı müdafiə edir. "Kids Studio" uşaqaqların etibar edən şəxslər hər gün övladlarının hansı işgəncələrə məruz qalmasını media vasitəsi ilə görə biliblər. Etibar edilən müəssisə körpələrlə tay-tüşları kimi rəftar edən tərbiyəçilərin cəmiyyət tərəfindən də pisləndiyi açıq qeyd edilməkdədir.
"Kids Studio"-nın inkar etdiyi kadrı olduğu kimi təqdim edirik özünüz qərar verin bu düzməcədir yoxsa orjinal görüntüdür:
Xatırladaq ki, "Kids Studio"anın açıqlamasında deyilir: "Kids Studio" uşaqlara işgəncə verilməsi faktlarının əks olunduğu video barədə məlumat verib. "Kids Studio"dan Oxu.Az-a bildirilib ki, müəllim uşağa işgəncə verməyib: "Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb".
Bağçadan qeyd edilib ki, videonu bağçanın işçisi yayıb: "Həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib".