Sitalçayda maşın aşdı - Sürücü ölüb

Faktla bağlı araşdırma aparılır

Xızı rayonunun Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Sumqayıt şəhər sakini Xanəhməd Canəhmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.