"QAZel" 1 yaşlı uşağı vurub - Bakıda

Sabunçu RPİ tərəfindən araşdırma aparılır
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.