Bakıda gecə oteldə qadın gənc sevgilisini niyə öldürüb?- ŞOK TƏFƏRRÜATLAR

Ötən gecə Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

AzBaku.info "media.az”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hadisədən əvvəl qadın gənci görüşə çağırıb.


Araşdırmalar zamanı cinayətin öldürülən şəxsin qadının bəkarətini bozduğu üçün törədilməsi barədə səslənən fikirlərin həqiqətə olmadığı məlum olub. Məlum olub ki, qadın oğlanı çox sevib. Vüqar Atakişiyev isə ondan ayrılmaq istəyirmiş. Həmin günü də onların son görüşü olduğunu deyibmiş.

Günel Əliyeva da sevdiyi oğlanın başqasına qismət olmasına razı olmayıb. Bu səbəbdən də cinayəti törədib.